Gürcüstanda müxalif Vahid Milli Hərəkat partiyasının deputatları ədliyyə naziri Rati Breqadze çıxış etmək üçün zala gəldikdən sonra parlamentin plenar iclasını tərk ediblər.
Yenisabah.az “Novosti-Georgia”ya istinadla xəbər verir ki, deputatlar naziri Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin “Vivamed” klinikasında çəkilmiş fotoşəkilləri və üzərində “Öldürməyin” yazısı olan plakatlarla qarşılayıblar.
Onlar, həmçinin, keçmiş prezident M. Saakaşvilinin “Vivamed” klinikasının palatasında çəkilmiş videosunun yayılmasını “cinayət” kimi qiymətləndiriblər. Sezar pizza
Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib ki, müxalifət Saakaşvilinin səhhətinin vəziyyəti ilə bağlı möhtəkirlik edir. Ədliyyə naziri Rati Breqadze özü deputatların hərəkətlərini “pafoslu və təhqiramiz səhnə” adlandırıb.
Qeyd edək ki, parlamentin bir neçə deputatı Saakaşvilinin müalicə üçün xarici klinikaya köçürülməsini tələb edərək aclıq aksiyasına başlayıb. Bir müddət əvvəl Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin vəkili Şalva Xaçapuridze nəzarət kameralarından videoların icazəsiz yayılmasına görə ədliyyə naziri və Xüsusi Penitensiar Xidməti məhkəməyə verəcəyini açıqlamışdı.
Xatırladaq ki, Gürcüstan hakimiyyəti Saakaşvilinin müalicə olunduğu klinikadan video yayıb. Gürcüstan Penitensiar Xidmətinin dərc etdiyi kadrlarda Mixail Saakaşvilinin özünü xəstə kimi göstərərək ictimaiyyəti çaşdırmağa çalışdığı görünür.
Bununla belə, Saakaşvilinin vəkilləri və hüquq müdafiəçiləri iddia edirlər ki, onun 2021-ci ildə həbsindən sonra Gürcüstanın keçmiş prezidentinin səhhəti nəzərəçarpacaq dərəcədə pisləşib. Tbilisi Şəhər Məhkəməsində dinləmələr davam edir və Saakaşvilinin komandası onun xaricdə müalicə ala bilməsi üçün azadlığa buraxılmasını və ya məhkəmənin təxirə salınmasını tələb edir.
Telegram kanalımız