Gürcüstan millisinin gənc ulduzu Xviça Kvaratsxeliya Fransanın “PSJ” klubuna transfer olub. Parislilər 24 yaşlı futbolçunun müqabilində “Napoli”yə 70 milyon avro ödəyəcək.
Yenisabah.az xarici mediaya istinadən xəbər verir ki, Fransa komandası transferi rəsmi formada mediaya bildirib. Kvaratsxeliyanın keçidi ilə bağlı 2 klub artıq uzun müddətdir ki, danışıqlar aparırdı.
Xviça Kvaratsxeliya bu mövsüm “Napoli”nin heyətində 19 oyuna çıxıb. O, bu görüşlərdə 5 qol, 3 assistlə yadda qalıb. pizza sifarişi
Nazim Hacıyev
Telegram kanalımız