“Hamını ikinci turda müxalif namizədləri dəstəkləməyə çağırıram”.
Yenisabah.az Gürcüstanın “Birinci kanalına” istinadla xəbər verir ki, bu sözləri müxalifət partiyası “Strategiya Ağmaşenebeli”nin üzvü Serqo Çixladze bildirib.
O, əhalini ikinci turda müxalif namizədləri dəstəkləməyə çağırıb: pizza sifarişi
“Müxalif partiyalara dəstək verin. Bütün şəhərlərdə, Tbilisidə, Rustavidə, Batumidə, Kutaisidə və bütün hər yerdə müxalif namizədləri dəstəkləyin. Onların hansı partiyaya aid olduqlarından asılı olmayaraq, bunu edin”.
Gürcüstanda oktyabrın 2-də keçirilən bələdiyyə seçkilərinin ilkin nəticələrində 64 bələdiyyədən 20-də, habelə mer seçkilərinin ikinci turu keçiriləcək.
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili də həbsxanada yeni bir məktub yazaraq, tərəfdarlarının yaxşı nəticələr əldə etdiyini və silahdaşlarını ikinci turda mübarizəyə səslədiyini yazıb.
Telegram kanalımız