"Ölkə ərazilərinin işğaldan azad edilməsi perspektivini görürəm".
Yenisabah.az “Novosti-Georgia”ya istinadla xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib.
Onun sözlərinə görə, Gürcüstan çoxdan Rusiyanın beynəlxalq təhlükəsizliyə yaratdığı risklərlə üzləşib: pizza
"İndi bir çox xarici siyasətçilər gürcü xalqının illərdir danışdıqları barədə – Rusiyanın dünya təhlükəsizliyi və xüsusən də regional təhlükəsizlik baxımından yaratdığı risklərdən təəssüflə danışırlar. Risk sərhədlərə yaxınlaşana qədər onlar buna inanmırdılar. Nə yaxşı ki, indi bu, başqa prizmadan qəbul edilir”.
Papuaşvili əlavə edib ki, bu risklərin yenidən dərk edilməsi həm də Gürcüstan üçün Aİ-yə üzvlük perspektivini açır:
"Gürcüstan hakimiyyətinin məqsədlərindən biri işğala son qoymaqdır: Həmçinin, məqsədimiz abxaz və osetin bacı və qardaşlarımız bizə geri qaytarmaqdır".
Telegram kanalımız