Gürcüstan Aİ-yə üz olacaq

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstan Aİ-yə üz olacaq

Rəsmi

04 İyun 2022 14:44 1124


Gürcüstanın baş naziri İrakli Qaribaşvili Slovakiyanın paytaxtı Bratislavada keçirilən Qlobal Təhlükəsizlik Forumunda (GLOBSEC 2022) ölkənin 5-10 il müddətinə Avropa İttifaqına üzv olacağını bəyan edib,

Yenisabah.az xəbər verir ki, bu barədə “Radio Tavisupleba” məlumat yayıb.

“Gürcüstan təbiətcə Avropa ölkəsidir, bizim Avropa İttifaqı ilə assosiasiya sazişimiz va və bu, bizim əsas planımızdır. Biz nə etməli olduğumuzu dəqiq bilirik. Təbii ki, biz məsuliyyət götürdüyümüz islahatları həyata keçiririk. Biz ölkəmizi necə transformasiya edəcəyimizi, onu əsl Avropa dövlətinə çevirəcəyimizi bilirik”. pizza hut

Onun sözlərinə görə, Gürcüstana Aİ-yə namizəd statusunun verilməsi simvolik addım, eləcə də zəruri islahatların həyata keçirilməsi üçün stimul ola bilər.

“Beləliklə, biz 5-10 ildən sonra özümüzü Avropada, Avropa İttifaqında görürük. 10 ildir ki, bu, bizim arzumuz və amalımızdır”, - Qaribaşvili yekunlaşdırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!