Gürcüstan AŞPA-dakı fəaliyyətinin bərpası üçün şərtini açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstan AŞPA-dakı fəaliyyətinin bərpası üçün şərtini açıqladı

Siyasət

20 Fevral 2026 23:48 762


Gürcüstan Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) iştirakını bərpa etməyə hazırdır.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze Vyanada AŞPA-nın prezidenti Petra Bayrla keçirdiyi görüşdə bildirib.

O qeyd edib ki, Gürcüstanın AŞPA-ya qayıtması üçün yalnız bir şərti var ki, bu da nümayəndə heyətinin bütün üzvlərinin mandatlarının heç bir ilkin şərt olmadan tam bərpasından ibarətdir. Pepperoni pizza

Qeyd edək ki, Gürcüstan nümayəndə heyəti AŞPA-dakı fəaliyyətini 2025-ci ilin yanvarın 29-dan etibarən dayandırıb.

Həmin gün qurum nümayəndə heyəti üzvlərinin səlahiyyətlərinin tam tanınması üçün Gürcüstanda yeni seçkilərin təyin olunması və "bütün siyasi məhbusların" azadlığa buraxılması kimi bir sıra şərtlər irəli sürmüşdü./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!