Gürcüstan Azərbaycandan benzin və dizel idxalını dayandırdı

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstan Azərbaycandan benzin və dizel idxalını dayandırdı

İqtisadiyyat

30 Mart 2023 18:00 3647


Gürcüstan bu ildən Azərbaycandan benzin və dizel idxalını dayandırıb.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bu barədə Gürcüstan Neft Məhsulları İdxalçıları İttifaqının hesabatında deyilir.

Yanvar-fevral ayları ərzində Gürcüstanın benzin və dizel yanacağı idxalı 174,1 min ton təşkil edib. Əsas yanacaq tədarükçüsü Rusiya olub. Hesabat dövründə Rusiyadan 148,5 min ton yanacaq idxal edib ki, bu da ümumi idxalın 85,3%-ni təşkil edib. pizza

Digər ixraçatçı ölkələr isə Rumıniya , Belarus, Türkmənistan, Ukrayna (0,1 min ton) və Bolqarıstan olub.

Əvvəlki dövrlərdə Gürcüstanın əsas dizel tədarükçüsü olan Azərbaycandan cari ilin yanvar-fevral ayları ərzində yanacaq idxal edilməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!