Gürcüstan Azərbaycanla Ermənistan arasında vasitəçi olmağı təklif etdi

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstan Azərbaycanla Ermənistan arasında vasitəçi olmağı təklif etdi

Siyasət

15 Noyabr 2024 00:45 487


"Əgər onlar istəsə, Gürcüstan Azərbaycan və Ermənistan arasında danışıqlarda vasitəçi rolunu oynamağa hazırdır".

Yenisabah.az TASS-a istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstan televiziyasına müsahibəsində bildirib.

Baş nazir qeyd edib ki, Gürcüstanın bir vasitəçi kimi çıxış etməsi və ya danışıqların təmin edilməsi prosesində daha da fəal iştirak etməsinə dair bir maraq yaranarsa, onlar hər zaman buna hazırdırlar: pizza

"Biz indi də buna hazırıq. Buna maraq olarsa, biz iki qonşu ölkəmizə (Azərbaycan və Ermənistan - red.) yardım və dəstəyimizi təklif etməyə hazırıq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!