Gürcüstan: Azərbaycanla Ermənistan arasında yenidən vasitəçiliyə hazırıq

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstan: Azərbaycanla Ermənistan arasında yenidən vasitəçiliyə hazırıq

Rəsmi

13 İyun 2021 13:47 961


"Azərbaycan-Ermənistan arasında əldə olunan razılaşmanın bölgə üçün mühüm əhəmiyyət kəsb edir".

Yenisabah.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili jurnalistlərə açıqlamasında deyib.

“Hər iki ölkə rəhbərliyinə minnətdarlığımı bildirirəm. Biz bu prosesdə çox fəal rol oynadıq. Mən şəxsən 24 saat ərzində prosesə cəlb olunmuşdum, hər iki ölkənin liderləri ilə telefonla danışırdım. Bundan öncə isə görüşlər keçirilmişdi. Biz strateji tərəfdaşımız ABŞ-la sıx əməkdaşlıq etdik. Bu iş konkret nəticə ilə yekunlaşdı. pizza sifarişi

Gürcüstanın bu prosesdə yenidən vasitəçi rolunu oynamağa hazırlığını bir daha bəyan edirik. Azərbaycan və Ermənistanın rəhbərliyinə tam hazırlığımızı ifadə etmişəm. Çox ümid edirəm ki, bu proses davam edəcək, bölgədə sülh və sabitliyin bərqərərar olması ilə nəticələnəcək. Bizim ümumi məqsədimiz bölgədə əmin-amanlığa nail olmaq idi və bu da çox əhəmiyyətli və uzunmüddətli layihələr üçün zəmin olacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!