Gürcüstan azərbaycanlılarından Saakaşviliyə dəstək - Aksiya

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstan azərbaycanlılarından Saakaşviliyə dəstək - Aksiya

Rəsmi

11 Oktyabr 2021 14:39 1297


Gürcüstanın Muğanlı kəndinin azərbaycanlı sakinləri ölkənin keçmiş prezidenti Mixail Saakaşviliyə dəstək aksiyası keçiriblər.

Yenisabah.az gürcü KİV-nə istinadla xəbər verir ki, azərbaycanlıların yaşadığı kəndin sakinləri aksiya çərçivəsində Saakaşvilinin adına qoyun kəsiblər.

Onlar bununla siyasətçini aclıq aksiyasına son qoymağa çağırıblar. pizza

Sakinlər ət, meyvə və digər ərzaq məhsullarını Saakaşvilinin hazırda saxlanıldığı Rustavi həbsxanasının önünə gətirərək onun azad olunması üçün aksiya keçirən iştirakçılara paylayıblar.

Xatırladaq ki, oktyabrın 1-də səkkiz ildən sonra Gürcüstana qayıdan Mixail Saakaşvili elə həmin gün saxlanılıb.

O, saxlanıldığı gün aclıq aksiyasına başlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!