Gürcüstanın İctimai Yayımçısı "Eurovision 2022"nin səsverməsi zamanı gürcü münsiflər heyətinin, tamaşaçılardan fərqli olaraq, ukraynalı qrupa aşağı qiymət verməsi barədə xəbərləri təkzib edib.
Yenisabah.az xəbər verir ki, Ukrayna təmsilçisi “Kalush Orchestra” qrupu “Stefaniya” mahnısı ilə "Eurovision" Mahnı Müsabiqəsinin qalibi olub.
Müsabiqənin saytında verilən məlumata görə, Gürcüstandan olan münsiflər heyətinin ən yüksək balı - 12 xal ikinci yeri tutan Böyük Britaniyanın hesabına gedib. Ukrayna isə cəmi 6 xal qazanıb. pizza mizza
Xallar açıqlananda guya texniki nasazlıq ucbatından Gürcüstan təmsilçilərini efirə çıxarmayıblar və müsabiqə təşkilatçıları xalların britaniyalı müğənni Sem Rayderə verildiyini bildiriblər.
Gürcüstanın İctimai Yayım Şirkəti öz bəyanatında iddia edir ki, Gürcüstandan olan milli münsiflər heyəti Ukraynadan olan qrupa birinci yeri və ən yüksək 12 balı verib.
Bunu “Eurovision” mahnı müsabiqəsinin təşkilatçılarına göndərilən notariat qaydasında təsdiq edilmiş sənəd sübut edir. İctimai yayımçı “Eurovision” mahnı müsabiqəsinin təşkilatçıları ilə yaranmış anlaşılmazlığın təfərrüatlarını aydınlaşdırır.
Telegram kanalımız