Gürcüstan DTX külli miqdarda silah və partlayıcı maddələr ələ keçirdi

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstan DTX külli miqdarda silah və partlayıcı maddələr ələ keçirdi

Dünya

05 Oktyabr 2025 20:16 495


Gürcüstanın hüquq-mühafizə orqanlarının əməkdaşları Tbilisi yaxınlığında baş verən iğtişaşlar üçün nəzərdə tutulmuş külli miqdarda silah-sursat olan anbar aşkarlayıblar.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) rəhbərinin birinci müavini Laşa Maqradze brifinqdə bildirib.

Aşkar edilmiş silahlar və partlayıcı qurğular Tbilisi yaxınlığındakı meşəlik ərazidə gizlədilib. Təhlükəsizlik xidmətləri partlayıcı qurğunu hazırlayan şəxsi saxlayıb. pizza sifarişi

Faktla bağlı qanunsuz olaraq odlu silah və partlayıcı maddələrin əldə edilməsi və saxlanması ilə bağlı cinayət işi açılıb. Hadisə ilə bağlı digər şəxslərin müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!