Gürcüstan DTX-nin rəisi istefa verdi

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstan DTX-nin rəisi istefa verdi

Dünya

23 Avqust 2025 19:45 309


Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Anri Oxanaşvili istefa verib, yeni vəzifəyə təyin olunub.

Oxu.az TASS-a istinadən xəbər verir ki, o, Baş nazir İrakli Kobaxidze ilə məsləhətləşmələrdən sonra istefa verdiyini açıqlayıb.

İstefa verən Anri Oxanaşvili Gürcüstan baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri təyin edilib. Dominos pizza

Kobaxidze bildirib ki, Oxanaşvili baş nazirin müşaviri kimi hökumət administrasiyasında analitik işlər aparacaq və ölkənin təhlükəsizliyinin gücləndirilməsinə xidmət edəcək.

Kobaxidze həmçinin vurğulayıb ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yeni rəhbəri hakim partiyanın icraçı katibi Mamuka Mdinaradze olacaq:

"Onun xüsusi təqdimata ehtiyacı yoxdur. Sadəcə qeyd edim ki, onun hüquq-mühafizə orqanlarında kifayət qədər uzunmüddətli iş təcrübəsi var, bu da Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifələrinin yerinə yetirilməsi üçün çox vacibdir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!