Gürcüstan Ermənistana silah göndərilməsini   TƏKZİB ETDİ

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstan Ermənistana silah göndərilməsini TƏKZİB ETDİ

Siyasət

20 İyul 2020 19:01 1310


Ermənistana Serbiyadan Gürcüstan ərazisi ilə hərbi sursat keçirilməsi barədə məlumatlar dezinformasiyadır.

Yenisabah.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda bildirilib.

Bəyanatda vurğulanıb ki, Gürcüstan və Azərbaycan strateji tərəfdaşdır, iki ölkənin xalqları arasında uzunmüddətli dostluq əlaqələri mövcuddur. Dezinformasiya yayan media orqanları bu əlaqələrə kölgə salmağa çalışır. Dördpendirli pizza

“Bir daha vurğulayırıq ki, Gürcüstan və Azərbaycan dərin, inkişaf edən strateji tərəfdaşlıq əlaqələrinə malikdir, xalqlarımız arasında uzunmüddətli dostluq əlaqələri mövcuddur. Hər iki ölkə regionda mühüm rol oynayır və bir çox birgə regional, qlobal əhəmiyyətli layihələri həyata keçiririk. Bu, qərəzli informasiyadır və iki strateji tərəfdaş ölkə arasında münasibətlərə süni şəkildə problem yaratmağa yönəlib”, - deyə XİN-in bəyanatında qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!