Gürcüstan prezidenti Salome Zurabişvili Gürcüstanın Ukrayna xalqı ilə həmrəy olduğunu bildirib və hər kəsi hərbi əməliyyatı dayandırmağa çağırıb.
Yenisabah.az xəbər verir ki, Gürcüstan lideri öz Tvitter səhifəsində yazıb:
"Gürcü xalqı Rusiyanın Ukraynaya təcavüzündən şoka düşüb. Biz Ukrayna xalqı ilə həmrəyik və hamını hərbi əməliyyatı dayandırmağa çağırırıq", - Sezar pizza
Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili də beynəlxalq ictimaiyyəti hərbi eskalasiyanı dayandırmağa çağırıb.
"Təəssüf ki, Ukraynada müharibənin qarşısı alınmadı. Biz bir daha beynəlxalq ictimaiyyəti Rusiyanın genişmiqyaslı münaqişəyə çevrilməsinin qarşısını almaq və beynəlxalq normaların qorunmasını təmin etmək üçün təsirli və qəti addımlar atmağa çağırırıq", - deyə Papuaşvili sosial şəbəkə hesabında yazıb.
Gürcüstanın Baş naziri İrakli İrakli Qaribaşvili də oxşar məcrada çıxış edib:
“Biz beynəlxalq ictimaiyyəti Rusiyanın beynəlxalq asayişi açıq şəkildə pozmasını dayandırmaq və sonradan hərbi eskalasiyadan qaçmaq üçün bütün tədbirlərə əl atmağa çağırırıq”, - deyə o, Tvitterdə yazıb.
Telegram kanalımız