Gürcüstan millisi üçün tarixi sınaq – Nəticə necə olacaq?

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstan millisi üçün tarixi sınaq – Nəticə necə olacaq?

İdman

06 İyun 2024 16:00 536


Təxminən 1 həftə sonra, daha dəqiq desək iyun ayının 14-də futbol üzrə Avropa çempionatı (AVRO-2024) Almaniyada start götürəcək.

Turnirdəki çıxışı olduqca maraqla gözlənilən millilərdən biri qonşu Gürcüstanın komandasıdır. Tarixində ilk dəfə belə bir mötəbər futbol turnirinə vəsiqə qazanan gürcülərin qrup mərhələsindəki rəqibləri isə Türkiyə, Portuqaliya və Çexiya seçmələridir.

Olduqca çətin qrupa düşən Gürcüstan millisinin necə performans göstərəcəyi olduqca maraq doğurur. Marqarita pizza

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Qol.az saytının baş redaktoru Aydın Bağırov bildirib ki, Gürcüstan millisi turnirdə debüt etdiyi üçün hansısa təzyiq olmayacaq və bu onlar üçün müsbət haldır:

“Gürcüstanın düşdüyü qrup elədir ki, oradan çıxması bir az çətin görünür. Amma millinin Avropa çempionatının final mərhələsinə yüksəlməsi özlüyündə Gürcüstanın futbol tarixi üçün olduqca böyük bir hadisədir.

Əlbəttə, futbolda hər cür sürprizlər, sensasiyalar olur. Gürcülər qrupda 3-cü ola bilər, amma qrupdan növbəti mərhələyə vəsiqə qazanacaqlarını düşünmürəm. Bu turnir Gürcüstan millisinin qatıldığı ilk böyük turnirdir. Buna görə də futbolçuların üzərində elə də güclü təzyiq yoxdur. Odur ki, bütün oyunlara rahat çıxacaqlar.

Ümumən bu Gürcüstan futbolunun inkişafının göstəricisidir. Millinin əsas futbolçusu “Napoli”də forma geyinən 23 yaşlı hücumçu Xviça Kvaratsxeliyadır. Digər futbolçular da ön plandadır və yaxşı oyunçuları yetərincədir”. 

Aydın Bağırov Gürcütanın futbol ənənələrinin olduqca köklü olduğunu qeyd edib:

“Gürcüstandakı futbolun inkişafı təkcə müstəqillik dövründə deyil, sovet vaxtı da yetərincə yüksək idi. Hətta Tiflisin “Dinamo” klubu 1981-ci ildə UEFA-nın Kuboklar Kuboku turnirinin qalibi olub. Halbuki Azərbaycanın həmin dövrlərdə futbol sahəsindəki ən böyük uğuru “Neftçi”nin SSRİ çempionatında 3-cü yer tutmasıdır.

Gürcüstan futbolunun uğurları hər zaman bizdən yüksək olub. Onlarda genetik olaraq uğurlu futbol ənənəsi var. Müstəqillik dövrünə gəlincə isə, Gürcüstan futbolu maddi baxımdan Azərbaycan futbolundan qat-qat zəif olsa da, keyfiyyət baxımından olduqca yüksək pillələrdədir.

Hazırda gürcülərdə uşaq futbolu çox yaxşıdır. Azərbaycanda isə belə bir ənənə təəssüf ki, yoxdur. Azərbaycanda uşaq futboluna həmişə 2-ci, 3-cü dərəcəli məsələ kimi baxıblar. Halbuki hər bir ölkədə futbolun inkişafı başlıca olaraq, uşaq futbolunun inkişafından asılıdır”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!