Gürcüstan millisinin baş məşqçisi istefa verdi

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstan millisinin baş məşqçisi istefa verdi

İdman

13 Noyabr 2020 12:55 746


Futbol üzrə Gürcüstanın milli komandasının baş məşqçisi Vladimir Vayss istefa verib.

Yenisabah.az xəəbr verir ki, bu barədə Gürcüstanın Futbol Federasiyasından bildirilib.

Slovakiyalı mütəxəssis buradakı işinin başa çatdığını deyib: "Gürcü azərkeşlərə, futbolçulara və jurnalistlərə təşəkkür edirəm. Bu, asan olmayan, lakin həyatımın çox yaxşı 5 ili oldu". pizza

56 yaşlı baş məşqçi Şimali Makedoniya ilə AVRO-2020-nin pley-off oyunundakı məğlubiyyətə görə üzr istəyib.

Qeyd edək ki, ötən gün baş tutan matçda rəqibinə 0:1 hesabı ilə uduzan Gürcüstan millisi 2021-ci ilin yayında keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə şansını əldən verib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!