Gürcüstan müsəlmanları da Fransa prezidentinə etiraz edir

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstan müsəlmanları da Fransa prezidentinə etiraz edir

Dünya

26 Oktyabr 2020 15:40 1062


“Fransa prezidenti Emmanuel Makron Məhəmməd peyğəmbərin karikaturalarını yayımlamaq barədə vədlər verib. Bu addım və Hz. Peyğəmbərə qarşı hörmətsizliyi leqallaşdırıb bəraət qazandırmaq bütün müsəlman ölkələri kimi Gürcüstanda yaşayan müsəlmanların da narahatlığına səbəb olub”.

Yenisabah.az xəbər verir ki, bu barədə Gürcüstan Müsəlmanları İdarəsinin bəyanatında bildirilib.

Gürcüstan ruhaniləri hesab edirlər ki, İslam düşmənliyindən xəbər verən bu cür məsuliyyətsiz rəftar dinlərarası münasibətlərin, tolerantlığın sarsılmasına və islamafobiyanın yayılmasına səbəb olacaq. pizza hut

“Radikal dinçiləri bəhanə edərək milyonlarla müsəlmanın müqəddəs şəxsiyyətinin, sevgili peyğəmbərinin təhqirinə izn vermək bütün İslam ümmətinə hörmətsizlik deməkdir. Fransanın dövlət başçısının “İslam bu gün dünyanın hər yerində böhran yaşayan bir dindir” deməsini də əsassız bir ittiham hesab edir, qətiyyətlə pisləyirik”, - bəyanatda qeyd olunub. (Report0


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!