Gürcüstan müxalifəti etiraz aksiyası keçirir

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstan müxalifəti etiraz aksiyası keçirir

Dünya

18 Noyabr 2020 11:43 753


Gürcüstanın müxalifə partiyaları ABŞ dövlət katibi Mayk Pompeonun ölkəyə rəsmi səfərinə paralel olaraq mərkəzi Rustaveli prospektində simvolik yürüş aksiyası keçirir.

Yenisabah.az xəbər verir ki, səssiz aksiyanın məqsədi parlament seçkilərinin nəticələrinin saxtalaşdırılmasına etiraz etmək və bunu M.Pompeonun diqqətinə çatdırmaqdır.

Yürüş edən aksiya iştirakçıları “canlı zəncir” yaradıb və əllərində seçkilərdə qeydə alınan pozuntuları əks etdirən plakatlar tutublar. pizza

Hazırda prospekt avtomobillərin hərəkəti üçün bağlanıb.

Müxalifət Tbilisinin bir neçə yerində M.Pompeonun diqqətini cəlb etmək üçün plakatlar yerləşdirib. Şəhərin Sülh körpüsündə “Seçkilər rusiyalı oliqarx tərəfindən saxtalaşdırılıb” sözlərinin olduğu plakat asılıb.

Qeyd edək ki, ABŞ dövlət katibi Tbilisidə artıq bir neçə yüksək səviyyəli görüş keçirib. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!