Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili “Xarici təsirin şəffaflığı haqqında” qanunu imzalayıb. Bununla da qonşu ölkədə mübahisəli qanun layihəsi qüvvəyə minib. Bu addımın Gürcüstanda yenidən irimiqyaslı etiraz aksiyalarının başlanmasına gətirib çıxaracağı proqnozlaşdırılır.
Əhalinin əksəriyyəti hazırki hökuməti ölkənin xarici siyasətində başlıca prioritet sayılan Qərbə inteqrasiya və NATO ilə əməkdaşlıqdan uzaqlaşmaqda ittiham edir. Digər tərəfdən hazırda Gürcüstan hakimiyyətində ciddi ikitirəlik hökm sürür. Prezident Salome Zurabişvili “Xarici təsirin şəffaflığı haqqında” qanunu imzalamaqdan imtina etməklə, faktiki etirazçılarla eyni fikirdə olduğunu bəyan etdi. O, ötən həftə ölkənin müstəqillik günü ilə bağlı keçirilən hərbi paraddakı çıxışı zamanı Gürcüstanın qərbə inteqrasiyası üçün əlindən gələni edəcəyini ifadə edərək, üstüörtülü şəkildə hazırki hökumətin siyasətini ciddi tənqid etmişdi.
Baş nazir İrakli Kobaxidze isə qalmaqallı qanun layihəsinin mütləq şəkildə qəbul ediləcəyini bildirmişdi. Başda Fransa olmaqla, qərb dairələrində prezident Salome Zurabaşviliyə güclü dəstək var. Gürcüstan əhalisinin də böyük əksəriyyəti ölkənin inkişafının və gələcəyini sadəcə və sadəcə Qərbə inteqrasiyada görür. Lakin hazırda iqtidarda olan “Gürcü arzusu” partiyası faktiki Rusiyameyilli siyasət yürüdərək, qərblə münasibətlərdə məsafəli addımlar atır. Hazırda Gürcüstandakı mürəkkəb şərait ölkəni vətəndaş müharibəsinə və təhlükəli inqilaba sürükləyir. İndi gürcülər hamılıqla oktyabrda baş tutacaq parlament seçkilərinə köklənib. Pepperoni pizza
Seçkilərin nəticəsindən asılı olaraq, gürcü xalqının davam etmək istədiyi yol müəyyənləşəcək. Görünən odur ki, hazırki iqtidar “Gürcü arzusu” partiyası son siyasi gedişləri səbəbindən parlament seçkilərində ciddi zərbə alacaq. Hətta partiyanın parlamentdəki say çoxluğunu da itirə biləcəyi ehtimalı istisna deyil. Digər tərəfdən başda Mixail Saakaşvili olmaqla, keçmiş qərbmeyilli fiqurların yenidən hakimiyyətə gəlməsi də ola biləcək ssenarilərdən biridir.
Nazim Hacıyev
Telegram kanalımız