Gürcüstan Ombudsmanı 11 yaşlı azərbaycanlı qızın nişanlanmasını nəzarətə götürdü

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstan Ombudsmanı 11 yaşlı azərbaycanlı qızın nişanlanmasını nəzarətə götürdü

Hadisə

08 Fevral 2021 19:32 615


Gürcüstanın Soğanlıq kəndində 11 yaşlı qızın valideynləri tərəfindən nişanlanması hadisəsini Gürcüstan höküməti diqqətinə götürüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Gürcüstanın  Ombustman Aparatının mətbuat xidmətinin rəhəbri Ani Tamazaşvili Bizim.Media-ya özəl açıqlamasında deyib:

“2021 ci il 8 Fevral tarixində Gürcüstanın Xalq Müdafiəçisi Bürosuna, iddia edilən erkən nikah hadisəsi haqqında məlumat daxil olub. Həmin andan Gürcüstanın İctimai Müdafiə Ofisi işi araşdırmağa başlayıb. Hadisə ilə bağlı İdarə Daxili İşlər Nazirliyinə və Uşaq Baxımı Dövlət Agentliyinə müraciət edilib. Araşdırmadan sonra ətraflı məlumat veriləcək”. pizza

Xatırladaq ki, bu gün  sosial şəbəkədə  Gürcüstanın Soğanlıq kəndində olan  11 yaşlı qızla 15 yaşlı oğlanın nişan mərasimindən çəkilən görüntülər yayılıb.

Mövzu cəmiyyətimizin müxtəlif statusunda olan insanları tərəfindən ciddi müzakirələrə səbəb olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!