Gürcüstan ordusunun sayı sabit qalacaq

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstan ordusunun sayı sabit qalacaq

Rəsmi

08 Oktyabr 2021 16:20 755


Gürcüstan parlamentinə 2022-ci il dövlət büdcəsi layihəsi ilə yanaşı, "2022-ci ildə Gürcüstan Müdafiə Qüvvələrinin sayının təyin edilməsi haqqında" qərar layihəsi daxil olub.

Yenisabah.az "Sputnik Qruziya"ya istinadla xəbər verir ki, layihəyə əsasən, Müdafiə Qüvvələrinin gücü 37 min nəfəri keçməyəcək.

Beləliklə, Gürcüstan ordusunun şəxsi heyətinin sayı dəyişməz olaraq qalır. Sezar pizza

Bu məhdudiyyət hərbi vəziyyətə, ehtiyatda olanlara və Gürcüstan Müdafiə Nazirliyinin müvəqqəti işçilərinə şamil edilmir.

Bu gün Gürcüstanda hərbi xidmət dörd kateqoriyaya bölünür - icbari, müqaviləli, şəxsi heyət və ehtiyat.

18 yaşdan 27 yaşa qədər olan ölkə vətəndaşları Gürcüstanda məcburi hərbi xidmətə çağırılır.

Məcburi hərbi xidmət müddəti 12 aydır.

Çağırış Gürcüstanda ildə iki dəfə - payız və yaz aylarında elan olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!