Gürcüstan prezidenti Azərbaycana təşəkkür etdi

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstan prezidenti Azərbaycana təşəkkür etdi

Siyasət

14 Aprel 2020 23:48 751


Gürcüstan prezidenti Salome Zurabişvili Heydər Əliyev Mərkəzinin binasına Gürcüstan bayrağının videoproyeksiya olunmasına görə Azərbaycana təşəkkür edib.

Yenisabah.az xəbər verir ki, dövlət başçısı təşəkkür sözlərini “Twitter” hesabında bildirib.

“Bu gecə Bakıda Heydər Əliyev Mərkəzinin binası Gürcüstan bayrağının rəngləri ilə işıqlandırılıb. Bu dəstəyin nümayişinə görə Azərbaycan Prezidentinə, həmrəyliyə görə Azərbaycan xalqına təşəkkür edirəm. Biz birlikdə güclüyük”, - S.Zurabişvili yazıb.  /Report Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!