Gürcüstan prezidenti Saakaşviliyə qarşı zorakılığı pislədi

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstan prezidenti Saakaşviliyə qarşı zorakılığı pislədi

Rəsmi

18 Noyabr 2021 09:19 1199


Gürcüstan Prezidenti Salome Zurabişvili eks-prezident Mixail Saakaşvilinin həbsxana xəstəxanasına aparılması ilə bağlı videogörüntülərin yayılmasını pisləyib.

Yenisabah.az xəbər verir ki, bu barədə o, brifinq zamanı danışıb.

“Davranışlarına baxmayaraq, eks-prezidentin ləyaəqti qorunmalıdır. Çünki keçmiş prezident hələ də dövlətlə əlaqəli şəxsdir və bu statusa hörmət etmək lazımdır. Bu səbəbdən şərəf və ləyaqəti ləkələyən həmin kadrlar Gürcüstan prezidenti olaraq mənim üçün də qəbuledilməzdir. Bu, cəmiyyət üçün də qəbuledilməzdir”, - deyə Zurabişvili deyib. Toyuqlu pizza

Dövlət başçısı vurğulayıb ki, indiki hakimiyyət öz sələfləri - Saakaşvilinin yaratdığı Vahid Milli Hərəkat partiyası kimi olmamalıdır. Belə ki, Zurabişvili Saakaşvilinin prezidentliyi dövründə məhbuslarla pis rəftar edildiyini də xatırladıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!