Gürcüstan prezidentinə qarşı iddia qaldırıldı

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstan prezidentinə qarşı iddia qaldırıldı

Rəsmi

07 İyun 2022 10:41 1164


Gürcüstan hökuməti hakimiyyət qollarının hüquq və səlahiyyətlərinin dəqiqləşdirilməsi tələbi ilə prezident Salome Zurabişviliyə qarşı Konstitusiya Məhkəməsində iddia qaldırıb.

Yenisabah.az xəbər verir ki, bu barədə administrasiyanın rəhbəri Rjaz Qavelidzeni məlumat verib.

Onun sözlərinə görə, Konstitusiya Məhkəməsinə müraciət edilməsinə səbəb prezidentin hökumətin təklifi ilə bir sıra ölkələrə səfir təyin etməkdən imtinası olub: Sezar pizza

“Nazirlər Kabinetinin fikrincə, səfirlərin təyin edilməsi, onların vəzifədən azad edilməsi Gürcüstan prezidentinin konstitusiya səlahiyyətlərinə daxil deyil”.

Xatırladaq ki, “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının sədri arasında mübahisə Zurabişvilinin mart ayında parlamentə illik müraciətində hökumətin razılığı olmadan bir sıra Avropa ölkələrinə şəxsi səfər etdiyini deməsindən sonra başlayıb. Hakim partiya prezidenti Konstitusiyanı pozmaqda ittiham edib. Daha sonra hökumət əlavə edib ki, prezident bir sıra səfirlərin təyin olunmasının əleyhinədir. 

Qeyd edək ki, Konstitusiyaya görə, Gürcüstan parlamentli respublikadır. Xarici və daxili siyasətin əsas istiqamətlərini parlament müəyyən edir və onların həyata keçirilməsini Baş nazirin rəhbərlik etdiyi hökumət həyata keçirir. Gürcüstan prezidentinə isə sadəcə “arbitr” rolu verilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!