Gürcüstan PUA istehsal edəcək

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstan PUA istehsal edəcək

Rəsmi

13 Noyabr 2022 10:00 785


Polşa və Gürcüstan yaxın gələcəkdə birgə pilotsuz uçuş aparatı (PUA) istehsal edəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin yaydığı məlumatda vurğulanır.

Bildirilib ki, Müdafiə naziri Cuanşer Burçuladze “Delta-Webe” Gürcüstan-Polşa şirkətinin pilotsuz uçuş aparatları zavodunun tikintisi ilə tanış olub. Sezar pizza

Nazir qeyd edib ki, müəssisə yaxın vaxtlarda Gürcüstan istehsalı olan PUA-ları istehsal edəcək.

“Delta-Webe” Gürcüstan-Polşa şirkəti Polşanın "WB Electronics" şirkəti və Gürcüstanın "Delta" dövlət hərbi elmi-texniki mərkəzi arasında imzalanmış müqavilə əsasında yaradılıb.

Sözügedən müəssisədə gürcü və polşalı mütəxəssislər pilotsuz uçuş aparatlarının istehsalı mövzusunda birgə çalışacaqlar.

Nazirlik qeyd edib ki, mərkəzin peşəkar təlimatçıları Müdafiə Qüvvələrinin müvafiq şəxsi heyətini də hazırlayacaqlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!