Gürcüstanda koronavirusun yayılması kütləvi hal alıb. Bu səbəbdən də Gürcüstan “narıncı” zonadan “qırmızı” zonaya keçib.
Yenisabah.az xəbər verir ki, bu barədə Gürcüstan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.
O qeyd edib ki, Gürcüstanda yoluxmanın pik dövrü noyabrın ikinci-üçüncü həftəsində yaşanacaq. pizza hut
A.Qamkrelidze ölkə əhalisini son dərəcə ehtiyatlı olmağa, tibbi maskalardan hətta açıq havada da istifadə etməyə, ciddi ehtiyac olmadığı halda evdən çıxmamağa çağırıb.
Mərkəzin rəhbəri hazırda ölkə əhalisinin hər milyon nəfərindən 213 mininin test olunduğunu da diqqətə çatdırıb. Bildirib ki, hər gün ölkə üzrə 10 minə yaxın test aparılır.
Telegram kanalımız