Gürcüstan-Rusiya sərhəddində yük maşınlarının hərəkəti dayandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstan-Rusiya sərhəddində yük maşınlarının hərəkəti dayandırıldı

Dünya

06 Oktyabr 2021 12:32 3194


Güclü qar yağdığına görə Gürcüstan-Rusiya sərhədi istiqamətində yol ağır yük maşınları üçün bağlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyi məlumat yayıb.

Xüsusilə, qoşqu və yarımqoşqu olan avtomobillərə qoyulan qadağa Mtsxeta-Stepantsminda-Lars mərkəzi magistral yolunun Qudauri-Kobi hissəsində qüvvədədir. pizza mizza

Digər nəqliyyat növləri üçün nəqliyyat açıqdır.

Hazırda əlaqənin ən qısa müddətdə tam şəkildə bərpa etmək üçün fasiləsiz olaraq yolu təmizləyir.

Mtsxeta-Stepantsminda-Lars magistral yolu Gürcüstan və Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yoludur. 

2020-ci ilin mart ayından etibarən koronavirus pandemiyası ilə əlaqədar olaraq xaricilər üçün bağlanılan Gürcüstanın quru sərhədləri yalnız yük daşıyıcıları və evə qayıdan Gürcüstan vətəndaşları üçün açıqdır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!