"Rusiya ilə müharibə aparsaq, heç vaxt qalib gələ bilməyəcəyik".
Yenisabah.az "Radio Tavisupleba"ya istinadla xəbər verir ki, bu sözləri Gürcüstan prezidenti Salome Zurabişvli deyib.
"İşğal olunmuş iki ərazimizin (Abxaziya və Cənubi Osetiya - red.) olduğunu və onlardan birini (Cənubi Osetiya - red.) Rusiyaya birləşməklə bağlı “referendum”un keçirilməsindən danışıldığını nəzərə alsaq, Gürcüstan hökumətinin ölkənin indiki mərhələdə nə edə biləcəyi ilə bağlı addımları real yanaşmadır. Aydındır ki, ehtiyatlı olmalıyıq, çünki çoxsaylı imkanlarımız yoxdur, heç kim Gürcüstanı Ukrayna qədər dəstəkləməyə hazır olmayacaq və biz Rusiya ilə müharibədə heç vaxt qalib gələ bilməyəcəyik", - deyə dövlət başçısı vurğulayıb. pizza hut
Telegram kanalımız