Gürcüstan sərhədində Ermənistandan gətirilən 18 milyon dollarlıq narkotik aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstan sərhədində Ermənistandan gətirilən 18 milyon dollarlıq narkotik aşkarlandı

Dünya

06 May 2026 20:49 121


Ermənistandan Gürcüstana 103 kiloqram metamfetamin gətirilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Gürcüstan Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, 30 milyon lari (təxminən 18.6 milyon AZN) dəyərində narkotik müsadirə olunub. pizza

Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırma nəticəsində təqsirləndirilən şəxsin əvvəlcədən naməlum şəxslərlə əlbir olaraq narkotik vasitəni tranzit məqsədilə daşımağa cəhd etdiyi müəyyən edilib.

İstintaqla məlum olub ki, həmin şəxs şirkətinə məxsus yük avtomobilini Ermənistana göndərərək narkotik maddəni "kaustik soda" adı altında qoşquya yükləyib. Aprelin 28-də yük maşını Sadaxlı sərhəd-keçid məntəqəsi vasitəsilə Gürcüstana daxil olub.

Saxlanılan şəxs Gürcüstan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə – külli miqdarda narkotik vasitələrin qanunsuz alınması, saxlanması və ölkəyə idxalı ittihamı ilə məsuliyyətə cəlb olunub. Bu əməllərə görə 20 ilədək azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzası nəzərdə tutulur./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!