“Solovyov söyüş söyməkdə böyüklərindən nümunə götürüb” -   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

“Solovyov söyüş söyməkdə böyüklərindən nümunə götürüb” - AÇIQLAMA

Dünya

06 May 2026 17:33 189


“Rusiya rəsmilərində ədəb-ərkandan əsər-əlamət qalmayıb, küçə xuliqanları səviyyəsində açıqlamalar verir, xalqların seçdikləri müxtəlif ölkələrin liderlərini təhqir edirlər. Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini, keçmiş Prezident və sabiq Baş nazir Dmitri Medvedev Ermənistanın Baş naziri Nikol Paşinyan və Ukrayna Prezidenti Volodimir Zelenski arasında İrəvanda keçirilən görüşü “iki beyinsiz rusofob” ifadəsiylə şərh edib. Medvedevin təhqirə keçməsinin səbəbi iki liderin danışıqları rus dilində deyil, ingilis dilində aparması olub”.

“Yeni Sabah” xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin sədri, siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

Onun fikrincə, Moskva SSRİ-nin tarixə qovuşması reallığını qəbul etmək istəmir: Dominos pizza

“Medvedev hər iki liderin ingilis dili səviyyəsini də məzhəkəyə qoyub. Görünür, Rusiyanın dövlət kanalında siyasi proqramın aparcısı olan Vladimir Solovyov söyüş söyməkdə böyüklərindən nümunə götürüb.

Kreml sahibi və onun ətrafı keçmiş SSRİ-nin tarixdə qaldığını qəbul etmək istəmir. Rusiya imperiyasının bərpası xülyasıyla yaşayanların “məntiqinə” görə, keçmiş SSRİ-yə aid dövlətlərin liderləri öz aralarında ancaq rus dilində danışmalıdırlar. Bunun özü imperiya təfəkkürünün tərənnümüdür. Liderlər arasında rus dilində danışan da, ingilis dilinə üstünlük verən də var. Ukrayna əraziləri Rusiyanın işğalı altındadır, müharibə tam şiddətiylə davam edir, Ukraynanın şəhər və qəsəbələri bombalanır, mülki insanlar həlak olur, belə olan halda Prezident Volodimir Zelenski niyə həmkarlarıyla işğalçının dilində danışmalıdır?”.

Nazim Hacıyev

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!