Türkiyənin Hakkari vilayətinin Yüksekova rayonunda qarın qalınlığı bəzi ərazilərdə 5 metrə çatıb.
“Yeni Sabah” xəbər verir ki, bölgədə güclü qar yağışı və çovğun səbəbindən xüsusilə yüksək dağlıq ərazilərdə vəziyyət çətinləşib. Dağlıca istiqamətində qarın qalınlığı 5 metrə qədər yüksəlib.
Qar səbəbindən bir sıra kənd yolları bağlanıb. Xüsusilə ucqar yaşayış məntəqələrinə gedən yolların açılması üçün xüsusi texnikalar və işçi qüvvəsi səfərbər olunub. Ərazidə qar uçqunu təhlükəsi işləri daha da çətinləşdirib. pizza mizza
Məlumata görə, aidiyyəti qurumların əməkdaşları nəqliyyatın hərəkətinin bərpası üçün səfərbər olublar. Qar kütləsinin bəzi yerlərdə texnikanın hündürlüyünü keçməsi isə iş prosesini xeyli ləngidir.
Aytac Əliyeva
Telegram kanalımız