“Montin”, “Vorovski”, “Razin”... - Siyavuş Novruzov etiraz etdi

saytların hazırlanması

Evə çatdırılma

“Montin”, “Vorovski”, “Razin”... - Siyavuş Novruzov etiraz etdi

Sosial

06 May 2026 14:59 221


Bakıda “Montin”, “Vorovski”, “Razin” kimi yer adları yoxdur.

"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında komitə sədri Siyavuş Novruzov deyib.

Siyavuş Novruzov qeyd edib ki, hansısa şirkətlər müştərilərin onları rahat tapa bilməsi üçün bu köhnə adlardan istifadə edirlər: “Məsələn, reklam edilir ki, tədris kursu “Montin”də yerləşir. Halbuki bu adda yer yoxdur. Mən bunu yerli icra hakimiyyətindən maraqlanmışam. Özüm araşdırmışam və əmin olmuşam ki, bu adda yer yoxdur”. pizza mizza

Deputat bildirib ki, ümumilikdə, yer adlarının dəyişdirilməsi məsələsini Toponimiya komissiyası ciddi araşdırır: “Əgər ərazinin kökü varsa, axtarıb tapılır. Məsələn, vaxtilə biz Şəmkirdə Çardaqlı kəndininin adını dəyişdirdik, "Çənlibel" adlandırıldı. Halbuki ikisi də türk mənşəli addır. Kökü müəyyən ediləndən sonra adların dəyişdirilməsi tövsiyə oluna bilər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!