Bəzən təəssüf ki, abituriyentlər ixtisas seçimində öz maraq və qabiliyyətlərini deyil, başqalarının təsiri ilə dəbdə olan ixtisasları seçirlər.
"Yeni Sabah" xəbər verir ki, bunu "ASAN Radio"ya açıqlamasında DİM sədri Məleykə Abbaszadə deyib.
O bildirib: "Gülməli, bəlkə də ağlamalı vəziyyətdir ki, riyaziyyat üzrə ilkin imtahanda aşağı nəticə göstərənlər belə birinci ixtisas qrupunu seçirlər. Çox güman ki, bunun səbəbi həmin qrupda plan yerlərinin çox olması və qəbul ehtimalının daha yüksək görünməsidir. pizza hut
Lakin ixtisas seçimi zamanı yalnız bugünkü vəziyyəti deyil, əmək bazarının 4-5 ildən sonrakı perspektivini də nəzərə almaq vacibdir. Əmək bazarı sürətlə dəyişir və yaxın gələcəkdə bəzi sahələrdə insan əməyini süni intellekt əvəz edəcək".
Telegram kanalımız