Milli Onkologiya Mərkəzində törədilən partlayışda aldığı ağır xəsarət nəticəsində vəfat edən həkim-radioloq Asif Nəsirli dəfn olunub.
“Yeni Sabah” xəbər verir ki, mərhum doğulduğu Göyçay rayonu, Qaraxıdırlı kəndində torpağa tapşırılıb.
Dəfn mərasiminə dövlət rəsmiləri, A.Nəsirlinin iş yoldaşları, ailə üzvləri və yaxınları qatılıblar. Dominos pizza
Qeyd edək ki, aprelin 30-da onkoloji xəstə kimi qeydiyyatda olan 1988-ci il təvəllüdlü Əliyev Mübariz Sahib oğlu qanunsuz olaraq əldə edib saxlayaraq gəzdirdiyi partlayıcı vasitəni Milli Onkologiya Mərkəzinin Radiologiya şöbəsində partladıb. Hadisə nəticəsində Mübariz Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb, xəstəxananın Şüa terapiya şöbəsinin həkim-radioloqu Asif Nəsirli isə ağır yaralanmışdı. Həkim ötən gün müalicə aldığı xəstəxanada vəfat edib.
Faktla bağlı cinayət işi açılıb.
Aytac Əliyeva
Telegram kanalımız