Hacı Vəliyevə hökm oxundu

saytların hazırlanması

Evə çatdırılma

Hacı Vəliyevə hökm oxundu

Kriminal

06 May 2026 14:13 146


Hacı Vəliyev barəsində cinayət işi üzrə məhkəmə yekunlaşıb.

"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, cinayət işinə Tovuz Rayon Məhkəməsində baxılıb.

Bu gün keçirilən məhkəmə prosesində onun 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar verilib. Dominos pizza

Hacı Vəliyev “Gənc Qazilər Birliyi” adlı dövlət qeydiyyatına alınmayan QHT təşkilatının sədri olub. O, ötən ilin aprelində barəsində olan cinayət işi ilə əlaqədar saxlanılıb. O, Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 186.1-ci (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!