Komitə sədri professoru direktor   TƏYİN ETDİ-FOTO

saytların hazırlanması

Evə çatdırılma

Komitə sədri professoru direktor TƏYİN ETDİ-FOTO

İqtisadiyyat

06 May 2026 11:37 754


Dövlət Statistika Komitəsinin (DSK) Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinə yeni direktor təyin edilib.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, bu barədə DSK sədri Azər Mursaqulov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Rəşid Əliyev komitənin Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin direktoru vəzifəsinə gətirilib. Dördpendirli pizza

Qeyd edək ki, Əliyev Rəşid Əvəzağa oğlu 1974-cü ildə Cəlilabad şəhərində olub. 1995-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1998-ci ildə fizika-riyaziyyat elmləri namizədi (fəlsəfə doktoru), 2017-ci ildə isə riyaziyyat elmləri doktoru elmi dərəcəsini alıb.

2022-ci ildə professor elmi adı layiq görülüb.

1999-2022-ci illərdə Bakı Dövlət Universitetinin “Riyazi analiz” kafedrasında dosent vəzifəsində çalışıb.

R.Əliyev 2022-2026-cı illərdə həmin kafedranın müdiri vəzifəsini icra edib.

Xatırladaq ki, DSK-nin Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin əvvəlki direktoru Mübariz Nuriyev olub. O, bir neçə gün əvvəl işdən çıxarılıb.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!