Əhəd Abıyevə   AĞIR İTKİ

saytların hazırlanması

Evə çatdırılma

Əhəd Abıyevə AĞIR İTKİ

Hadisə

05 May 2026 23:45 395


Daşkəsən rayonunun sabiq icra başçısı, keçmiş deputat Əhəd Abıyevə ağır itki üz verib.

"Yeni Sabah" "Qafqazinfo"ya istinadən xəbər verir ki, onun qardaşı polkovnik Qadir Abıyev vəfat edib.

Əhəd Abıyev bildirib ki, qardaşı bir neçə gün öncə səhhətindəki problemlə bağlı xəstəxanaya yerləşdirilibmiş:

"Üç gün əvvəl ürəyində yaranan qəfil ağrılarla bağlı Mərkəzi Gömrük Hospitalına yerləşdirdik. Həkimlərin bütün səylərinə baxmayaraq, qardaşım bu gün həyatını itirdi".

Qeyd edək ki, sabah Qurd Qapısı qəbiristanlığında mərhumun dəfn mərasimi keçiriləcək.

Q.Abıyev uzun illər gömrük sahəsində çalışıb.

Xatırladaq ki, Ə.Abıyevin bu ilin əvvəli digər qardaşı Nadir Abıyev də vəfat etmişdi.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!