Şakir Babayev vəfat etdi   - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Şakir Babayev vəfat etdi - FOTO

Sosial

06 May 2026 01:05 139


Beyləqan Rayon Mərkəzi Xəstəxanasının həkim-ümumi cərrahı Babayev Şakir Camal oğlu səhhətində yaranmış problemlərlə əlaqədar vəfat edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə xəstəxandan məlumat verilib.

Qeyd edək ki, Şakir Babayev 20 iyul 1956-cı ildə İmişli rayonu, Əliqulular kəndində anadan olub. 1978–1984-cü illərdə Azərbaycan Tibb Universitetinin cərrahiyyə fakültəsində ali təhsil alıb, 1984–1985-ci illərdə Respublika Klinik Xəstəxanasında internatura keçərək peşəkar həkim kimi formalaşıb.

O, 1985–1988-ci illərdə Hadrut Rayon Mərkəzi Xəstəxanasında həkim-cərrah vəzifəsində çalışıb, 1989-cu ildən etibarən isə Beyləqan Rayon Mərkəzi Xəstəxanasında ümumi cərrah kimi fəaliyyətini davam etdirib.

Allah rəhmət eləsin!


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!