Zelenski Kramatorska endirilən zərbə nəticəsində ölənlərin olduğunu açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Zelenski Kramatorska endirilən zərbə nəticəsində ölənlərin olduğunu açıqladı

Siyasət

05 May 2026 20:46 112


Bu gün Rusiya qoşunları tərəfindən Ukraynanın Kramatorsk şəhərinin bombardman edilməsi zamanı 5 nəfər ölüb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" sosial şəbəkəsində bildirib.

"Donetsk vilayətinin Kramatorsk şəhərində Rusiyanın aviabombalarla zərbə endirdiyi ərazidə xilasetmə əməliyyatı davam edir. Zərbə birbaşa şəhərin mərkəzinə, insanlara endirilib. Hazırda azı beş nəfərin yaralandığı və beş nəfərin həlak olduğu məlumdur. Onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Təəssüf ki, qurbanların sayı arta bilər", - o yazıb.

V.Zelenski qeyd edib ki, hadisə yerində xilasedicilər və tibb işçiləri işləyir./Zelenski


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!