Rubinyan: İrəliyə doğru böyük addımlar atmağın vaxtıdır

saytların hazırlanması

Evə çatdırılma

Rubinyan: İrəliyə doğru böyük addımlar atmağın vaxtıdır

Dünya

05 May 2026 17:32 108


Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi, Ermənistan Milli Məclisinin sədr müavini Ruben Rubinyan iki ölkə arasında münasibətlərin normallaşmasını sürətləndirmək üçün tarixi bir fürsət olduğunu bildirib.

"Yeni Sabah" Armenpress-ə istinadla xəbər verir ki, "Yerevan Dialoqu" konfransındakı panel müzakirəsi vurğulayıb:

"Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesində böyük addımlar atmağın vaxtı gəlib çatıb".

Rubinyan prosesin 2022-ci ilin əvvəlində Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıçla birgə başladığını və artıq müəyyən irəliləyişlərin əldə edildiyini qeyd edib:

"İrəvan-İstanbul uçuşları bərpa edilib, Türkiyə aviaşirkətləri artıq bu il İrəvana uçuşlar həyata keçirməyə başlayıb və onların genişləndirilməsi müzakirə olunur",

O, qeyd edib ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi hazırda Ermənistan-Türkiyə istiqamətində gedən prosesdən irəlidədir:

"Bu yaxşıdır, amma Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılmasında daha böyük irəliləyiş əldə etmək üçün tarixi bir fürsətimiz var.

Rubinyan regional vəziyyətə də toxunaraq Cənubi Qafqazda yeni reallıqların ortaya çıxdığını qeyd edib. Onun sözlərinə görə, əvvəllər münaqişə ilə məhdudlaşsa da, Ermənistanla Azərbaycan arasında münasibətlər artıq qurulub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!