“Əvvəllər tələbənin səhhətində heç bir problem olmayıb".
Bunu “Yeni Sabah”a Mingəçevir Dövlət Universitetin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Firuzə Cəlilova bildirib.
Universitetin 2006-cı il təvəllüdlü tələbəsi Məhəmməd (Muhamməd) Abdullah oğlu Həsən futbol oynadığı zaman qəfildən halı pisləşib, sonra dünyasını dəyişib.
Firuzə Cəlilovanın sözlərinə görə, tələbənin səhhətində əvvəllər heç bir problem müşahidə olmayıb:
“Məhəmməd Həsən hadisə baş verən gün dərsdə iştirak etməyib. Gəncin valideynləri dünən, mayın 4-də Mingəçevirə gəlib və mərhumun nəşini təhvil alıblar”.
M.Abdul oğlu vaxtilə peşəkar futbol ilə məşğul olub. Lakin universitetə daxil olandan sonra futboldan uzaqlaşıb.
Xatırladaq ki, 20 yaşlı tələbə ali məktəbin Mühəndislik fakültəsinin kompüter elmləri ixtisası üzrə II kursunda təhsil alırmış. Onun ölümü Mingəçevirdəki “Ağ Saray” hotelinin ərazisində baş verib. O, təcili tibbi yardımın gəlişinə qədər keçinib.
Cəlalə Cəlalqızı
Telegram kanalımız