Konsertdə gözlənilməz çıxış - Yıldız Tilbedən şiddət etirafı

saytların hazırlanması

Evə çatdırılma

Konsertdə gözlənilməz çıxış - Yıldız Tilbedən şiddət etirafı

Şou

05 May 2026 18:14 87


Türkiyənin məşhur müğənnisi Yıldız Tilbe son konsertində şəxsi həyatına dair səmimi açıqlamalar verib.

“Yeni Sabah” xəbər verir ki, o, daha əvvəlki münasibətlərində yaşadığı mübahisələr səbəbilə ayrıldığını və bu qərarların arxasında fiziki və mənəvi zorakılıq olduğunu bildirib.

Tilbe çıxışında bildirib ki, keçmiş sevgililərinin davranışları çox sərt və kobud olub və bu münasibətlər onu həm fiziki, həm də ruhən yıxıb. “Əlləri vurğun, dilləri acı olduğu üçün ayrıldım, hamısı ilə ağlaya-ağlaya yollarımızı ayırdıq”.

İfaçı eyni zamanda fiziki və emosional zorakılığı heç bir halda qəbul edə bilməyəcəyini vurğulayıb və “Bir qadın niyə təhqirə məruz qalsın, niyə döyülsün?” sualını gündəmə gətirib.

Tilbe çıxışında həyatının müxtəlif mərhələlərində yaşadığı məhrumiyyət və çətinlikləri də xatırladaraq, bu təcrübələrin onun güclü qalmasına səbəb olduğunu da əlavə edib. 

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!