Sumqayıtda evdə yanğın: Ana və qızı xəstəxanalıq oldu   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda evdə yanğın: Ana və qızı xəstəxanalıq oldu - VİDEO

Hadisə

06 May 2026 00:30 95


Sumqayıtda yanğın hadisəsi baş verib.

Hadisə şəhərin Xəzər bağları ərazisində yerləşən ikimərtəbəli fərdi yaşayış evində qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb və alovun ətrafdakı evlərə keçməsinin qarşısı alınıb.

"Yeni Sabah" Baku TV-yə istinadən xəbər verir ki, ev sahibinin sözlərinə görə, yanğına səbəb qısaqapanma olub:

"İşdə idim. Zəng etdilər ki, qısaqapanma nəticəsində yanğın baş verib. Ev yararsız vəziyyətə düşüb. Birinci mərtəbədə hər şey yanıb, demək olar ki, heç nə qalmayıb. İkinci mərtəbə də yararsız vəziyyətdədir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!