Almaniya hökumətindən şok qərar -   Elşən Şamilov Azərbaycana gətirilir

saytların hazırlanması

Evə çatdırılma

Almaniya hökumətindən şok qərar - Elşən Şamilov Azərbaycana gətirilir

Kriminal

06 May 2026 12:15 225


Azərbaycanda qəsdən adam öldürərək Almaniyaya qaçan şəxs ölkəmizə ekstradisiya ediləcək.

Bu barədə “Yeni Sabah”a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, “Ekstradisiya haqqında” 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Gürcüstan vətəndaşı Şamilov Elşən Həsən oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Almaniyanın səlahiyyətli orqanları tərəfindən təmin edilib.  Dördpendirli pizza

Belə ki, Bakı şəhərinin Nərimanov Rayon Prokurorluğunda ibtidai istintaqı aparılan cinayət işi üzrə Elşən Şamilovun Əfqan Əliyev və Hidayət Həsənovla qabaqcadan əlbir olaraq 30.07.1993-cü il tarixdə tamah məqsədilə mənzilə basqın edərək bir nəfəri qətlə yetirməsinə, daha sonra müxtəlif vaxtlarda qeyd olunan şəxslərə birgə digər cinayətləri törətməsinə əsaslı şübhələr müəyyən edilib. 

Bu səbəbdən Elşən Şamilovun təqsirləndirilən şəxs qismində cəlb olunmasına dair qərar qəbul olunub və o, istintaqdan yayınaraq gizləndiyinə görə barəsində 08.05.2025-ci il tarixdə İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarış elan edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Almaniya ərazisində müəyyən edilərək saxlanılıb. 

Hazırda Elşən Şamilovun ölkəmizə gətirilməsi istiqamətində Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən tədbirlər görülür.

Eyni zamanda, Baş Prokurorluq axtarışda olan şəxslərin xarici ölkələrdə müəyyən edilməsi və onların Azərbaycana gətirilməsi məqsədilə xarici tərəfdaş qurumlarla, o cümlədən İnterpol ilə sıx əməkdaşlığı davam etdirir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!