Zəhərlənmə şikayətləri ilə xəstəxanaya yerləşdirilən “Dr. Güllü” adı ilə tanınan və estetik həkim olaraq fəaliyyət göstərən Gülbadə Abdullayevanın son durumu açıqlanıb.
“Yeni Sabah”ın sorğusuna cavab olaraq, TƏBİB-dən bildirilib ki, ötən gün 21:00 radələrində 1991-ci il təvəllüdlü şəxs (qadın) halsızlıq və ürək bulanması şikayətləri ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub:
“Tibb müəssisəsinin müvafiq şöbəsində ona zəruri tibbi xidmətlər göstərilib.Bir müddət sonra vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb”. Toyuqlu pizza
Qeyd edək ki, onun sirkə turşusundan zəhərləndiyi bildirilib.
Xatırladaq ki, Gülbadə Abdullayevanın adı lisenziya və diplomu olmadan fəaliyyət göstərən həkimlər sırasında hallanırdı. Həmçinin, əməliyyat zamanı qeyri-etik hərəkətləri ilə cəmiyyətdə qınağa səbəb olmuşdu.
Aytac Əliyeva
Telegram kanalımız