Simonyan: Keçmişdə Ermənistan Rusiya ilə münasibətlərində diz çöküb

saytların hazırlanması

Evə çatdırılma

Simonyan: Keçmişdə Ermənistan Rusiya ilə münasibətlərində diz çöküb

Dünya

06 May 2026 12:39 183


İrəvanın siyasəti Rusiyaya qarşı yönəlməyib.

"Yeni Sabah" news.am-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.

"Ermənistanın Rusiyaya boylanaraq milli maraqlarını təmin etməsi yanaşması səhvdir. Ermənistan Rusiyaya qarşı heç bir addım atmır. Ermənistan öz təhlükəsizliyini təmin edir və öz siyasətini yürüdür", - Simonyan jurnalistlərə Ermənistandakı Avropa hadisələrinin Rusiya ilə münasibətlərə təsirini şərh edərkən deyib. pizza hut

"Gəlin seçim edək: ya diz çöküb, Rusiyanın və ya Fransanın çəkmələri altında yaşayaq, ya da kiçik ölkəmizin ağası olmağa çalışaq. Biz bir böyük qardaşı digəri ilə dəyişdirmirik", - deyə o əlavə edib.

Simonyan qeyd edib ki, keçmişdə Ermənistan Rusiya ilə münasibətlərində diz çöküb:

"Bütün siyasi vəziyyətimiz Rusiya ilə əlaqələndirilib".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!