“Xatəmül-Ənbiya” BƏƏ-yə xəbərdarlıq ismarışı yolladı

saytların hazırlanması

Evə çatdırılma

“Xatəmül-Ənbiya” BƏƏ-yə xəbərdarlıq ismarışı yolladı

Dünya

06 May 2026 10:42 244


İranın "Xatəmül-Ənbiya" Mərkəzi Qərargahı Birləşmiş Ərəb Əmirliyinə xəbərdarlıq ünvanlayıb.

"Yeni Sabah" Fars-a istinadla xəbər verir ki, qərargahın sözçüsü İbrahim Zülfüqari bildirib:

"Əgər BƏƏ İrana məxsus adalara, limanlara və ölkənin sahil zolağına qarşı hər hansı bir tədbir görərsə, sarsıdıcı və təəssüf doğuran cavab verəcəyik". pizza

"İslam Respublikasının silahlı qüvvələri son günlərdə BƏƏ-yə qarşı heç bir raket və ya PUA əməliyyatı həyata keçirməyib və əgər hər hansı bir tədbir görülsəydi, bunu qətiyyətlə və aydın şəkildə elan edərdik. Buna görə də, həmin ölkənin Müdafiə Nazirliyinin bəyanatı qəti şəkildə təkzib olunur və həqiqətdən məhrumdur", - deyə ismarışda qeyd olunub.

Xatırladaq ki, bundan əvvəl İranın BƏƏ-yə raket zərbəsi endirdiyi iddia olunurdu.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!