48 saatlıq möhlət: Cavabı Pakistan çatdıracaq

saytların hazırlanması

Evə çatdırılma

48 saatlıq möhlət: Cavabı Pakistan çatdıracaq

Dünya

06 May 2026 17:57 120


Rəsmi Tehran hələ də ABŞ-İran münaqişəsinin həlli üçün Amerika təkliflərini nəzərdən keçirir.

"Yeni Sabah" ISNA-ya istinadla xəbər verir ki, bunu İran XİN-in sözçüsü İsmayıl Bəqai bildirib.

İslam Respublikasının cavabı Pakistandakı vasitəçilərə təqdim edəcək. Dominos pizza

"Axios" mənbələrə istinadla bildirib ki, ABŞ danışıqçıları İranla silahlı münaqişəyə son qoymaq üçün şərtləri müəyyən edən bir səhifəlik anlaşma memorandumu üzrə razılığa yaxınlaşdıqlarını düşünürlər. ABŞ tərəfi İranın bu sənədin bir neçə əsas bəndinə növbəti 48 saat ərzində cavab verməsini gözləyir.

Mənbələr qeyd ediblər ki, nüvə məsələsinin sonrakı mərhələdə həll olunması gözlənilir.

Buna baxmayaraq, ABŞ Prezidenti Donald Trampİranın ABŞ şərtlərini qəbul etməsi variantını və ya bombardmanı bərpa etmək variantını istisna etmədiyini bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!