Gürcüstan hökuməti tranzit yük maşınları üçün yollardan istifadə xərclərini 200 laridən 350 lariyə (68 dollardan 120 dollara) artırmaq qərarına gəlib.
Yenisabah.az bm.ge-yə istinadla xəbər verir ki, qərar bu gün qüvvəyə minib.
Hökumətin qərarı yalnız dəniz limanından ən yaxın gömrük nəzarəti zonasına 10 km məsafədə və geriyə yük daşıyan nəqliyyat vasitələrini rüsum ödəməkdən azad edir. Dominos pizza
Hər gün Gürcüstandan 900-dən çox yük maşını keçir. 2021-ci ildə Gürcüstan dəhlizindən 332 min yük maşını istifadə edib ki, bu da dövlət xəzinəsinə 66,4 milyon lari (təxminən 23 milyon dollar) gəlir gətirib. Ermənistana 88 min, Azərbaycana 68 min 367, Türkiyəyə 41 min 425 yük maşını keçib.
Telegram kanalımız